"Neftçi"nin macarı "Fehervar"a "Sumqayıt" haqda danışdı: "Bakıda istidən nəfəsim kəsilirdi, onların iqlimə görə üstünlüyü var"

“Neftçi”nin futbolçusu Mark Tamaş Konfrans Liqasında “Sumqayıt”la qarşılaşacaq Macarıstan təmsilçisi “Fehervar”ın saytına müsahibə verib. 

Presssport.az xəbər verir ki, macarıstanlı müdafiəçi Bakı təmsilçisindəki ilk mövsümündən, Azərbaycan Premyer Liqası və "Sumqayıt" haqda danışıb.

– Sekesfehervarda doğulan və Vididə böyüyən bir oyunçu kimi hazırda "Neftçi”nin futbolçususunuz. Bakıya necə getdiniz?

– Düzdü, Vididə, Puşkaş Akademiyasında və  DVTK-da oynadıqdan sonra legioner həyatım  başladı. Əvvəlcə Polşaya köçdüm, sonra Sekelidən Sepsiyə gəldim və indi Bakıdayam. Keçən il Adrian Mutu “Neftçi”nin baş məşqçisi olmuşdu və o, məni yerli çempionatdan tanıyırdı. Mutunun istəyilə “Neftçi” məni transfer etdi. Bura gəlməzdən əvvəl Azərbaycan çempionatı haqqında çox şey bilmirdim. Lakin “Qarabağ”ı yaxşı tanıyırdım. “Neftçi” “Qarabağ”dan sonra ikinci böyük klubdur.

– Azərbaycanda ilk mövsümünüz necə keçdi?

– Son mövsümü 5-ci pillədə başa vurduq və avrokuboklardan kənar qaldıq. Bütün mövsüm xaotik idi, hesablamalarım işə yaramadı. Ümid edirəm ki, yeni mövsüm daha yaxşı olar. Mənim üçün ən çətini isti iqlimə öyrəşmək idi. Əvvəl nəfəsim kəsilirdi, nəmliklə də mübarizə aparmalı oldum. Ancaq sonra düzəldi. Macarıstan çempionatı ilə Azərbaycan çempionatı bir-birinə bənzəyir. Mövsüm ərzində bir komanda ilə 4 dəfə oynayırsınız. "Qarabağ" "Ferentsvaroş" kimi uzun müddət çempion olub. Ondan başqa fəxri kürsülər üçün mübarizə aparan daha 4 yaxşı komanda var. 2-ci və 5-ci yerlər arasındakı fərq cəmi 2 xal idi. Digər komandalar bir-birinə qarşı oynamağa üstünlük verir və onlar turnin cədvəlinin 2-ci yarısında yer alır. Legioner limiti də var. Hər matçda azı 4 yerli futbolçu meydana çıxmalıdı.

– “Fehervar”ın rəqibi “Sumqayıt” haqda nələri bilməliyik?

– “Sumqayıt”ı tanımaq lazımdı. Ən vacibi odur ki, ilk oyununu yeni stadionunda keçirəcək. Ötən mövsüm orda oynamışıq. “Sumqayıt” əks-hücumlara önəm verən və bu işdə uğurlu olan komandadı. Ancaq bildiyimə görə, son həftələrdə hücumçularından birini satdılar və onu kimin əvəzləyəcəyi məlum deyil. Yarımmüdafiədə sürətli oyunçuları var. Bunların öhdəsindən gəlsən, qalib gələ bilərsən. “Fehervar” üçün çətin olacaq. İlk növbədə də hava şəraiti. Bunun öhdəsindən gəlmək asan olmayacaq.

– Şansları necə dəyərləndirirsiniz?

– Düşünürəm ki, irəliləyə bilərsiniz. “Fehervar” üçün böyük çətinlik yaradacaq olan məsələ yerli iqlimdi.  Bunun öhdəsindən gəlmək həqiqətən çətin olacaq. “Sumqayıt”ın iqlimə görə üstünlüyü var. Lakin öz meydanınızda ciddi nəticə əldə edə, aradakı keyfiyyət fərqini ortaya qoya bilərsiniz. Amma istənilən halda, düşünürəm ki, növbəti mərhələyə vəsiqə qazanan siz olacaqsınız. Evdəki cavab oyununa qədər radikal bir şey olmasa, “Fehervar” komandalar arasında keyfiyyət fərqini daha çox göstərəcək.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC