"Cəbrayıl" yeni baş məşqçisini açıqladı

Elhad Nəziri “Cəbrayıl”ın baş məşqçisi təyin edilib.

Presssport.az xəbər verir ki, bu haqda I Liqa təmsilçisinin rəsmi “Facebook” səhifəsində məlumat verilib.

B kateqoriyalı baş məşqçiylə 1 illik müqavilə imzalanıb.

32 yaşlı Nəziri futbolçu kimi "Qarabağ" , "Lokomotiv", "Milsami", "Metralul" (hər ikisi Moldova), "Petrolul" (Rumıniya), "İnter" (Bakı) klublarının formasını geyinib.

Keçmiş müdafiəçi Rumıniya kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub.

Gənc çalışdırıcı “Cəbrayıl”la Region Liqasının qalibi və II Liqanın gümüş medalçısı olub. O, bu komandanın baş məşqçisi olmuş Cavid Hüseynovun Premyer Liqada “Şamaxı”da da köməkçisi olub.

Xatırladaq ki, “Cəbrayıl”ın yaradıcısı olan 36 yaşlı Hüseynov mövsüm bitəndən sonra “Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyevin köməkçisi olub. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC