Xviça Kvaratsxeliya qol vurdu, Zamiq Əliyev izlədi

Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın "Eqnatiya" klubu yoldaşlıq görüşü keçirib.

Presssport.az xəbər verir ki, Super Liqa təmsilçisi "Napoli" ilə üz-üzə gəlib.

Matç "Eqnatiya"nin böyükhesablı məğlubiyyəti ilə yekunlaşıb - 0:4. Müdafiəçimiz bu görüşdə əsas heyətdə çıxaraq 88-ci dəqiqədə əvəzlənib. Onu da bildirək ki, matçı hesabı neapolluların gürcüstanlı aparıcı futbolçularından biri olan Xviça Kvaratsxeliya açıb.

Xatırladaq ki, Zamiq bu yay "Araz-Naxçıvan"dan ayrıldıqdan sonra "Eqnatiya"ya keçmişdi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC