Braziliyalı futbolçu rəsmən "Kəpəz"də

"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Viktor Braqa heyətə cəlb olunub.

Braziliyalı legionerlə 1+1 illik müqavilə bağlanıb. 

Viktor cinah yarımmüdafiəçisi mövqeyində oynayır. 23 yaşlı oyunçunun son klubu vətənində D Seriyasından "Aqiya di Maraba" olub.

Xatırladaq ki, "Kəpəz" bu yay Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov, Lassana Ndiaye və İlkin Qırtımovu da transfer edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC