Paris-2024: Kotsoyev qələbəylə start götürdü

Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Presssport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev (Azərbaycan) 1/8 finalda Pyotr Kuçera (Polşa, dünya reytinqi 28) ilə qarşılaşıb.

Kotsoyev ilk görüşündə ipponla qalib gələrək 1/4 finala yüksəlib. Hazırda öz çəkisində dünya reytinqində 1-ci olan milliləşdirilən osetiyalı legionerimizin 2023-cü ilin noyabrında Avropa çempionu, 2024-cü ilin mayında isə dünya çempionu olduğunu da vurğulayaq.

Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vuru və yalnız Hidayət Heydərov medal (qızıl) qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC