"Qarabağ" - "Ludoqorets" matçının biletləri satışa çıxarılır

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" – "Ludoqorets" (Bolqarıstan) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Presssport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdı.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları. 

Xatırladaq ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Ludoqorets" matçı saat 20:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC