Paris-2024: Bu gün Azərbaycanın 3 idmançısı və 1 komandası mübarizə aparacaq

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 7-ci gündü.

Presssport.az xəbər verir ki, bu gün Azərbaycanın 3 idmançısı və 1 komandası - 3x3 basketbol millisi mübarizə aparacaq.

Basketbol

İlk olaraq qadın basketboçlularımız meydana çıxacaq. Komanda 5-ci matçında Avstraliya, daha sonra Çin komandası ilə üz-üzə gələcək. Avstraliya ilə oyunun saat 11:30-da, Çinlə görüşün isə 19:30-da başlanması nəzərdə tutulub.

Cüdo

Cedo yığmamızın son təmsilçisi, 100 kq-dan yuxarı çəkidə mübarizə aparan Uşanqi Kokauri 1/16 finalda braziliyalı Rafael Silva üz-üzə gələcək.

Cüdo yarışları saat 12:00-da başlayacaq. 

Gimnastika

Batut gimnastikası üzrə millimizin üzvü Selcan Mahsudova təsnifat mərhələsində mübarizəyə başlayacaq.

Gimnastika yarışları saat 14:00-da başlayacaq. 

Boks

80 kq-da yarışan boksçumuz Boksçu Murad Allahverdiyev 1/4 finalda qazaxıstanlı Nurbek Oralbayla döyüşəcək.

Görüşün saat 19:22-də başlaması nəzərdə tutulur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC