Millimizin kapitanı "Neftçi"yə keçdi

Azərbaycan basketbol millisinin kapitanı Amil Həmzəyev “Neftçi”yə keçib.

Presssport.az xəbər verir ki, "Xəzri"nin sabiq üzvü yeni mövsümdən etibarən "ağ-qaralar"da çıxış edəcək.

Amil “Neftçi” basketbol klubuyla 1 illik müqavilə imzalayıb. “Neftçilər” növbəti mövsüm avrokuboklara vəsiqə qazanarsa, təcrübəli oyunçu ilə müqavilə daha 1 il uzadılacaq.

Xatırladaq ki, 34 yaşlı Həmzəyev "Xəzri"nin heyətində son olaraq Azərbaycan çempionatının gümüş medalını qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC