Paris-2024: Azərbaycan medal sıralamasında neçəncidi?

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 21-ci pillədə qərarlaşıb.

Presssport.az xəbər verir ki, hələlik milli komandamızın aktivində 2 qızıl mükafat var.

Belə ki, cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olub.

Boksçumuz Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. Sadəcə, məsələ ondadı ki, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.

İlk "üçlük"də ABŞ (19 qızıl, 26 gümüş, 26 bürünc), Çin (19 qızıl, 15 gümüş, 11 bürünc) və Fransa (12 qızıl, 14 gümüş və 18 bürünc) yer alıb. Hələlik 70 ölkə medal əldə edə bilib.

Xatırladaq ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC