Quba icra başçısıyla "Quba" rəhbərliyi arasında görüş keçirilib

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov ilə “Quba” Futbol Klubunun (FK) rəhbəri Elnur Mirzəyev və təsisçi heyəti arasında görüş keçirilib. 

Klubdan Presssport.az-a verilən məlumata görə, görüş zamanı Quba futbolunun uşaq futbolundan başlayaraq 4 il ərzində mərhələli şəkildə inkişafı barədə geniş müzakirələr aparılıb və önəmli qərarlar qəbul edilib.

Bu görüş Quba Futbol Klubu olaraq gənc futbolçularımızın inkişafını təmin etmək, bölgənin futbol potensialını artırmaq və yerli istedadları üzə çıxarmaq üçün imkanlar açır.

“Quba” FK İcra Hakimiyyətinə verdiyi dəstək və göstərdiyi diqqət üçün dərin təşəkkürünü bildirir: "Yaxın günlərdə görüşdə qəbul olunan qərarların həyata keçirilməsi istiqamətində işlərə başlanılacaq və bu yolda bütün cəmiyyətimizin dəstəyi bizim üçün çox önəmlidir.

“Quba” Futbol Klubu olaraq bölgəmizin adını futbol sahəsində dahada ucaldacağımıza inanırıq!".

Onu da bildirək ki, icra başçısına arxasında ad-soyası oolan “Quba”nın “10 nömrə”li forması xatirə hədiyyəsi kimi təqdim olunub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC