Paris-2024: Anna Skidan 7-ci oldu

Paris Yay Olimpiya Oyunlarında atletika yarışlarında ölkəmizi təmsil edən Anna Skidan final mərhələsində iştirak edib. 

Presssport.az xəbər verir ki, çəkicatma növündə mübarizə aparan Skidan təsnifat mərhələsində 72.55 metr göstərici ilə 32 atlet arasında 6-cı yeri tutaraq həlledici mərhələyə yüksəlmişdi. 

12 idmançının yer aldığı final mərhələsində atletimiz ilk 3 cəhdinin yekununda 73.27 metr nəticə ilə 6-cı olub və mübarizəni davam etdirən ilk “8-liy”ə düşüb.

Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdıraraq 73.66 metrə çatdıran Anna Olimpiya Oyunlarında 7-ci yeri tutub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC