Paris-2024: Həsrət Cəfərov 9:0-lıq qələbəylə başladı

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Presssport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan gənc idmançımız 1/8 final mərhələsində Misirdən olan rəqibi Mohamed Elsayedlə qarşılaşıb.

Görüş 22 yaşlı Cəfərovun tam üstünlüyü - 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Həsrət 1/4 finalda moldovalı Valentin Petiçlə görüşəcək. Cəfərov ikiqat Avropa çempionu (2023 və 2024-cü illər), dünya çempionatının gümüş və bürünc mükafatçısıdı.

Xatırladaq ki, güləşdə hələ ki medalımız yoxdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC