Paris-2024: Yeganə taekvondoçumuzdan qələbəylə start

Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Presssport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançımız 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Maqomedov 1/4 finala yüksəlib. Təmsilçimiz ilk hissədə 7:4, ikinci yarıda 12:7 hesabı ilə üstün olub.  

Xatırladaq ki, Paris-2024-də yeganə taekvondoçumuz olan 25 yaşlı Maqomedov Avropa çempionudu, həmçinin qitə çempionatında 1 bürünc, Avropa Oyunlarında 1 bürünc, İslam Həmrəyliyi Oyunlarında isə 1 gümüş və 1 bürünc medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC