Paris-2024: Sənan Süleymanov medal qazana bilmədi

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov bu gün Paris-2024-də bürünc medal görüşünə çıxıb.

Presssport.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın rəqibi Akjol Mahmudov (Qırğızıstan) olub. Sənan ikiqat dünya çempionu (2022-2023), Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı və üçqat Asiya çempionu olan rəqibinə 5:6 hesabıyla məğlub olub. 

Xatırladaq ki, dünya çempionatının ikiqat gümüş mükafatçısı (2021, 2022) və Avropa çempionu olan (2020), habelə qitə çempionatında 2 dəfə bürünc medal da qazanan Sənan ötən gün 1/8 finalda Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla görüşdə zədə almasına baxmayaraq, mübarizəni sonadək davam etdirib və 2:0 hesablı əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Süleymanov bu dəfə isə Zoltan Levaiyə (Macarıstan) qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda onun rəqibi Demeu Jadrayev (Qazaxıstan) olub. Görüş qazax güləşçinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC