“Sabah” – “Sent Patriks Atletik” matçının biletləri satışa çıxdı

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) – "Sent Patriks Atletik" (İrlandiya) qarşılaşmasının biletləri artıq satışa çıxarılıb. 

Presssport.az xəbər verir ki, “Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər. 

Qarşıdakı günlərdə "Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanması nəzərdə tutulub. 

Bilet almaq üçün (https://iticket.az/.../sabah-fk-st-patricks-athletic/125887) linkinə daxil ola bilərsiniz.

Qeyd edək ki, “Sabah” – "Sent Patriks Atletik" matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Qeyd

 1. Oyuna gecikən tamaşaçılar (oyunun 70-ci dəqiqəsindən sonra) stadiona buraxılmayacaq.
2. Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq qəti surətdə qadağan olunur.
3. Stadionu tərk edən tamaşaçılar, eyni biletlə stadiona təkrar giriş edə bilməyəcəklər. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC