Mikayıl Cabbarov Paris Yay Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik edib

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycanın ilk medalını qazanmış Həsrət Cəfərovu təbrik edib.

Presssport.az xəbər verir ki, bu barədə federasiyanın başçısı sosial şəbəkədə yazıb.

“Bu gün Olimpiya Oyunlarında güləşdə ilk medalımızı qazandıq. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) böyük əzmkarlıq göstərərək Paris2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik. Digər güləşçilərimizə də bizə qələbə sevinci bəxş etmələrini arzulayırıq”, – o qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov qırğızıstanlı rəqibi Amantur İsmayılovu yenərək Olimpiadanın 3-cüsü olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC