Paris-2024: Azərbaycan medal sıralamasında neçənci pillədə yer alıb?

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.

Presssport.az xəbər verir ki, hələlik milli komandamızın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc mükafat var.

Cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olub. Taekvondoçumuz Qaşım Maqomedov (58 kq) gümüş, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib. O, mübarizəyə davam etdiyi üçün medal cədvəldə göstərilməyib.

İlk "3-lük"də ABŞ (30 qızıl, 38 gümüş, 35 bürünc), Çin (29 qızıl, 25 gümüş, 19 bürünc) və Avstraliya (18 qızıl, 14 gümüş və 13 bürünc) yer alıblar.

Hələlik 85 ölkə mükafat əldə edə bilib.

Xatırladaq ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC