Paris-2024: Bədii gimnastika üzrə Azərbaycan millisi finala vəsiqə qazanıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.

Presssport.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət təsnifat mərhələsini 8-ci pillədə başa vurub.

Millimiz ümumilikdə 62.000 xal toplayıb. Yığma halqalarla hərəkətdə 33.850, üç lent və iki topla isə 28.150 xala layiq görülüb.

Final sabah  Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Xatırladaq ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC