Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü yerdə qərarlaşıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.

Presssport.az xəbər verir ki, hələlik milli komandamızın aktivində 2 qızıl, 2 gümüş və 1 bürünc mükafat var.

Cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olub. Taekvondoçumuz Qaşım Maqomedov (58 kq), boksçumuz Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

İlk "3-lük"də ABŞ (33 qızıl, 39 gümüş, 39 bürünc), Çin (33 qızıl, 27 gümüş, 23 bürünc) və Avstraliya (18 qızıl, 16 gümüş və 14 bürünc) yer alıb.

Hələlik 86 ölkə mükafat əldə edə bilib.

Xatırladaq ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC