Paris-2024: Bədii gimnastika millimiz tarixi nəticəyə imza atıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.

Presssportaz xəbər verir ki, bədii gimnastlarımız final mərhələsində əvvəlcə halqalarla, daha sonra 3 lent və 2 topla bacarığını göstərib.

Komandamızıb çıxışı hakimlər tərəfindən ümumilikdə 66.450 xalla qiymətləndirilib. Yekunda millimiz 5-ci pilləni tutub. 

Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub. Belə ki, buna qədər bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Tokio-2020 Yay Olimpiya Oyunlarında 10-cu, Pekin-2008-də isə 7-ci olmuşdu.

Xatırladaq ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC