"Dinamo”ya qarşı heyət "Zirə" ilə oyunundan asılı olacaqmı?"

Xorvatiyanın "Osiyek" klubunin baş məşqçisi Federiko Koppitelli ölkə çempionatının II turunun Zaqreb “Dinamo”suna qarşı keçirəcəkləri matçın Konfrans Liqasının III təsnifat mərhələsinin "Zirə"yə qarşı keçiriləcək cavab oyununa təsirindən danışıb. 

Presssport.az xəbər verir ki, italiyalı mütəxəssis Bakıdakı cavab görüşü üçün spn çempionla matça fərqli heyətlə çıxacaqlarına işarə vurub: "Dinamo”ya qarşı heyət "Zirə" ilə oyunundan asılı olacaqmı? Bəli, olacaq. Komandada dəyişikliklər olacaq, amma hansı mövqelərdə olduğunu hələ deyə bilmərəm. Komandamı həmişə meydanda və məşqdə gördüklərimə əsasən qururam. Aydındır ki, bəzi əvəzetmələr etməli olacağıq. Keçid anındayıq, qarşıdakı bütün matçlarda özümüzü mümkün qədər yaxşı göstərmək üçün əlimizdən gələni edəcəyik".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC