"Araz-Naxçıvan"ın ilk qələbəsiylə yubiley yaşandı

“Araz-Naxçıvan” Azərbaycan milli çempionatlarında 20-ci qələbəsini qazanıb.

Presssport.az xəbər verir ki, yubiley Premyer Liqanın II turuna təsadüf edib.

Belə ki, yeni çempionatda ilk qələbəsini qazanan Naxçıvan təmsilçisi evdə “Şamaxı”nı üstələyib – 1:0. 

Bu, 80-ci matçına çıxan komandanın 20-ci qalibiyyəti olub.

“Araz-Naxçıvan” evdə 15-ci qalibiyyətini qazanıb. Digər 5 belə nəticə səfərdə gerçəkləşib.

Xatırladaq ki, naxçıvanlılar ilk qələbəsini 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ı ilə səfər matçında əldə edib – 1:0.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC