Konfrans Liqası: "Sabah"ın rəqibi Bakıya az sayda azarkeşlə və 1 jurnalistlə gəlir

Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda "Sabah"la cavab matçına çıxacaq İrlandiyanın "Sent Patriks Atletik" klubunu az sayda azarkeş dəstəkləyəcək.

Bu barədə Presssport.az Masazır təmsilçisinin mətbuat katibi Elnur Həmidov məlumat verib.

Böyük Britaniya komandasını tribunadan 15-20 azarkeş irəli səsləyəcək. KİV təmsilçilərindən isə hələ 1 nəfər müraciət edib.

Onu da bildirək ki, ölkəmizə bu gün gələcək Dublin klubu paytaxtımızda "Hilton" otelində məskunlaşacaq

Xatırladaq ki, “Sabah” – “Sent Patriks Atletik” matçı avqustun 15-də saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Komandalar arasında İrlandiyada baş tutan ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC