"Sumqayıt"ın növbəti transferi sabiq "Spartak"lı oldu

"Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi son mövsümü Özbəkistanın “Surxon Termiz” klubunda keçirmiş Liberiya millisinin üzvü Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalayıb.

25 yaşlı hücumçu "99 nömrəli formada çıxış edəcək.

Peşəkar karyerasına “Karvina”da (Çexiya) başlamış Nimeli 2017-20-ci illərdə “Spartak”(Moskva) klubunun formasını geyinib. Əsas komandada 1, ikinci komandada isə 108 oyuna çıxmış forvard 2021-ci ildə Xorvatiyanın “NK Qoritsa” klubuna keçib.

Finlandiyada “lveş”, Xorvatiyada “Solin” klubunda da oynamış Silvanus “Surxon”un heyətində 30 oyuna 12 qol vura bilmişdi.

Xatırladaq ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç və Sərtan Taşkını heyətinə qatıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC