Paris-2024-də Azərbaycanı təmsil edən Olimpiya komandası üçün qala gecə təşkil olunub

Fransanın paytaxtı Parisdə baş tutmuş XXXIII Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil etmiş Olimpiya komandasının şərəfinə qala gecə təşkil edilib.

Presssport.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Paris-2024-də iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri tədbirdə yer alıb.

Qala gecədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək idmançıları bir daha uğurlu çıxışları münasibətilə təbrik edib.

Sonra Qayıbov XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif edilmiş olimpiyaçılarımızın məşqçilərinə dövlət mükafatlarını təqdim edib və onlara uğurlar arzulayıb.

Tədbir bədii proqramla davam edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC