"Qəbələ" I Liqanın daha bir təmsilçisini darmadağın etdi

Yeni mövsümdən I Liqada çıxış edəcək "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Presssport.az xəbər verir ki, “qırmızı-qaralar” səfərdə I Lİqanın digər təmsilçisi “Mingəçevir”lə üz-üzə gəlib.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda oynanılan görüşdə "Qəbələ" rəqibini 4 cavabsız qolla məğlub edib. Qolları Ruslan Voronsov, Domi Jaures, Sənan Ağalarov və Mehrac Baxşalı vurub.

Xatırladaq ki, bu, “qırmızı-qaralar”ın 4-cü yoxlama oyunu olub “Qəbələ” bunadək Küveyt təmsilçisi "Əl-Yarmuk" (2:2), habelə I Liqa komandaları “Zaqatala” (2:0) və “Cəbrayıl”la (5:2) görüşüb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC