"Qarabağ"ın məğlubiyyətindən sonra Azərbaycan UEFA reytinqində neçəncidi?

Çempionlar Liqasının pley-off mərhələsinin ötən gecə keçirilən ilk oyunlarından sonra UEFA reytinqi yenilənib.

Presssport.az xəbər verir ki, dəyişikliklər Azərbaycanın mövqeyinə təsir etməyib.

Belə ki, öılkəmizin hazırda 18,875 xalı var. Bu nəticə ilə Azərbaycan 26-cı pillədədi. Sıralamaya İngiltərə liderlik edir – 89,160 xal.

Onu da bildirək ki, bu mövsüm Azərbaycan komandaları 2,12  xal qazanıb. Ölkə reytinqi üçün “Zirə” 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Xatırladaq ki, “Qarabağ” pley-offun ilk matçında Zaqrebdə “Dinamo”ya 0:3 hesabı ilə uduzub.  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC