Gimnastlarımız "Alma Cup"da 3 medal qazanıb, 1 nominasiya üzrə qalib olub

Azərbaycan bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Alma Cup" beynəlxalq turnirində 2 qızıl, 1 gümüş medal qazanmaqla yanaşı, 1 nominasiya üzrə qalib olub.

Presssport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, böyüklər arasında Zəhra Cəfərova çoxnövçülük (halqa, top, gürzlər və lent) üzrə qızıl medala yiyələnib.

Gənclər arasında Sofiya Məmmədova çoxnövçülük (halqa, top, gürzlər və lent) üzrə bütün rəqiblərini qabaqlayıb. O, həmçinin "Turnirin kraliçası" nominasiyasına layiq görülüb.

Ayan Sadıqova da çoxnövçülük (halqa, top, gürzlər və lent) üzrə uğurlu çıxışla yadda qalaraq gümüş medal əldə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC