Çempionlar Liqası: "Araz-Naxçıvan" mübarizəni dayandırıb

UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün H qrupunda son oyununu keçirib. 

Presssport.az xəbər verir ki, təmsilçimiz İsveçin “Uddevalla” klubu ilə üz-üzə gəlib. 

Təşkilatçı ölkə komandası ilə “qırmızı-ağlar” buna qədər qrupda keçirdiyi hər iki matçı qələbə ilə başa vurmuşdu. Vurulan və buraxılan topların müsbət göstəricisinə görə çempionumuza görüşdə yenilməmək kifayət edirdi. 

Qarşılaşmada hesabı meydan sahibləri açıb. Fasiləyə qədər Caique status-kvonu bərpa edib. İkinci hissəyə də meydan sahibi komanda qolla başlayıb. Furublad dubl edib. 37-ci dəqiqədə Kənan Manafov yenidən hesaba tarazlıq gətirib. Təəssüf ki, sona 3 dəqiqə qalmış rəqib daha 2 dəfə fərqlənib. Amadeunun qolu isə təsəlli olub. 

Yekunda məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.
“Uddevalla” - “Araz – Naxçıvan” (1:1) 4:3
UEFA Çempionlar Liqası. İlkin mərhələ
24 avqust. Agnebergshallen. Saat 16:00
Hakimlər: Pavel Tokarevicz , Trayan Enchev, Yasin Alageyik
Timekeeper: Kastriot Gerxhaliu 
Hakim-inspektor: Timo Onatsu
UEFA nümayəndəsi: Andris Utinans
Qollar: Furublad: 4:05, 23:05, Azizi, 37:51, Zhubi, 39:18 // Caique, 16:17, K. Manafov, 36:39, Amadeu, 39:58
Sarı vərəqələr: Herlin, 9:51 // L. Milosavljeviç, 6:34
“Uddevalla”
21. Herlin (q), 7. Azizi, 9. Şöderqvist (k), 19. Fazlija, 50. Furublad, 1. Skarin, 5. Zhubi, 6. Haci, 8. Hiseni, 11. Moussa, 33. Rasmussen, 55. Al Mouti, 77. Eriksson, 89. Maravilla, 98. Qaşi
Baş məşqçi: Mikael Veqa
“Araz-Naxçıvan”
1. Emin Kürdov (q, k), 5. Lazar Milosavljeviç, 8. Giovanni Valerio, 14. Xəzər Ağalızadə, 20. Amadeu, 12. Kamran Hacıyev (q), 19. Vladislav Reznov (q), 6. Caique, 7. Yaniç Aleksandar, 9. Emil Həsənzadə, 10. Kənan Manafov, 11. İaqo Henrique, 17. Kadinho, 18. Ülvi Əliyev
Baş məşqçi: Vitali Borisov

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC