Kulenoviç "Qarabağ"dan sonra da dubl etdi - Bakıya qalib gəlirlər

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Dinamo" Xorvatiya çempionatında IV turun oyununa çıxıb.

Presssport.az xəbər verir ki, Zaqreb təmsilçisi "Qoritsa"nı qəbul edərək 2:1 hesablı qələbə qazanıb.

Qələbədə əsas pay sahibi dubla imza atan (6-cı və 57-ci dəqiqələrdə) hücumçu Sandro Kulenoviç olub. Yeri gəlmişkən, zaqreblilərin “Qarabağ”ı 3:0 hesabıyla yendikləri ilk matçda da məhz bu forvard 2 qol vurmuşdu.

Xatırladaq ki, komandaların Bkaıdakı cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC