Millimiz Çexiya yığmasıyla 2 yoldaşlıq görüşü keçirəcək

AVRO-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə Azərbaycan futzal millisi 2 beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Futzal Federasiyasından Presssport.az-a verilən məlumata görə, Vitali Borisovun komandası sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq. Hər iki oyun Zlin şəhərində keçiriləcək.

Xatırladaq ki, millimiz Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC