"Qarabağ"ın rəqibi Bakıya 25 futbolçuyla yola düşdü - SİYAHI

Zaqreb “Dinamo”su bu gün Bakıya yola düşüb.

Presssport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 

Belə ki, Xorvatiya çempionunun bu gün axşam saatlarında paytaxtımıza çatacağı gözlənilir.

Sabab Bakı vaxtı ilə saat 19:45-də "Dinamo"nun “Qarabağ”la cavab görüşünə çıxacağı Tofiq Bəhramov adına Respublika stadionunda məşqi olacaq. Bundan 30 dəqiqə əvvəl baş məşqçi Sergey Yakiroviç mətbuat konfransı keçirəcək.

"Dinamo" Bakıya aşağıda adları qeyd edilən 25 futbolçu ilə yola düşüb:

Qapıçılar: İvan Nevistiç, Daniel Zaqorats, İvan Filipoviç

Müdafiəçilər: Ronael Pyer-Qabiriel, Sami Mmae, Kevin Teofil-Katrin, Raul Torrente, Maksim Barnauer, Takuya Oqivara, Stefan Ristovski

Yarımmüdafiəçilər: Yosip Mişiç, Branko Paviç, Petar Suçiç, Martin Baturina, Marko Roq, Luka Vrbançiç, Lukas Kacavenda, Luka Stoykoviç, Ariyan Ademi

Hücumçular: Marko Pyatsa, Dario Şpikiç, Xuan Kordoba, Arber Hodja, Sandro Kulenoviç, Bruno Petkoviç

Xatırladaq ki, Zaqrebdəki ilk oyunda "Dinamo" 3:0 hesabı ilə qələbə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC