"Qarabağ"ın "Dinamo"ya qarşı cavab oyununa 24700 bilet satılıb

"Qarabağ"ın Bakıda "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək 24700 bilet satılıb.

Presssport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.

Xatırladaq ki, Zaqrebdəki "Maksimir" stadionunda baş tutan matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bakıdakı cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC