"Dinamo" bu gün itkilərlə meydana çıxacaq - 3-ü dəqiq, 1-i sual altındadı

Çempionlar Liqasının pley-off mərhələsində bu gün "Qarabağ"ın qonağı olacaq "Dinamo" (Xorvatiya) oyuna itkilərlə çıxacaq.

Presssport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Zaqreb klubunun 3 futbolçusu bugünkü görüşü buraxacaq.

Bunlar Stefan Ristovski, Mauro Perkoviç və Dina Periçdi

Hər 3 futbolçu müdafiəçidi.

Həmçinin albaniyalı yarımmüdafiəçi Ariyan Ademinin də "Qarabağ"la görüşə hazır olması sual altındadı.

Xatırladaq ki, bu gün Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo" oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrebdə keçirilən görüşdə meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC