Azərbaycanın olmadığı ÇL yeni formatda - bu gün püşk atılacaq

Bu gün Çempionlar Liqasının (ÇL) 2024/25 mövsümünün Liqa mərhələsinin püşkü atılacaq.

Presssport.az verir ki, mərasim Bakı vaxtı ilə saat 20:00-da Fransanın Monako şəhərində keçiriləcək.

Yeni mövsümündən etibarən yeni - 36 komandalı formatda keçiriləcək yarışda ilk oyunlara sentyabrın 17-19-da start veriləcək. Liqa mərhələsinin son matçları isə 2025-ci il yanvarın 29-da olacaq.

Liqa mərhələsinin pley-offunda qarşılaşacaq cütlüklər 2025-ci il yanvarın 31-də keçiriləcək püşkatmada müəyyənləşəcək. Mərhələnin ilk oyunları fevralın 11-12-də, cavab görüşləri isə 18-19-da baş tutacaq.

1/8, 1/4 və yarımfinalın püşkü isə 2025-ci il fevralın 21-də atılacaq.

Xatırladaq ki, Azərbayca təmsilçisinin olmadığı ÇL-nin mövsümünün qalibi “Real” olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC