Slovakiya millisinin Estoniya və Azərbaycan oyunlar üçün heyəti açıqlandı - 27 futbolçu çağırıldı

Slovakiya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Estoniya və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Françesko Kaltsona C liqasının 1-ci qrupu çərçivəsində oynanılacaq matçlara 27 futbolçu dəvət edib.

Qapıçılar: Martin Dúbravka, Marek Rodák, Henrich Ravas;

Müdafiəçilər: Peter Pekarík, Michal Tomič, Norbert Gyömbér, Denis Vavro, Ľubomír Šatka, Milan Škriniar, Adam Obert, Dávid Hancko, Samuel Kozlovský;

Yarımmüdafiəçilər: Stanislav Lobotka, Peter Pokorný, Juraj Kucka, Ondrej Duda, László Bénes, Tomáš Rigo, Matúš Bero;

Hücumçular: Lukáš Haraslín, Dávid Ďuriš, Leo Sauer, Ľubomír Tupta, Ivan Schranz, Tomáš Suslov, David Strelec, Róbert Boženík.

Xatırladaq ki, Slovakiyanın Estoniya ilə görüşü sentyabrın 5-də səfərdə olacaq, ilk ev qarşılaşması isə sentyabrın 8-də Azərbaycanla Koşitse Futbol Arenasında Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC