Avropa Liqasında pley-off həyəcanı bitdi - "Beşiktaş"dan darmadağın, "Ludoqorets" yenidən "Qarabağ"la eyni turnirdə

Avropa Liqasında (AL) pley-off mərhələsinin cavab görüşləri keçirilib.

Presssport.az xəbər verir ki, 24 komanda Liqa mərhələsinə yüksəlmək üçün son matçlarına çıxıb. Onlardan 12-si adıçəkilən mərhələnin sonuncu iştirakçıları olub.

Qardaş ölkə Türkiyənin təmsilçisi “Beşiktaş” "Luqano"nu qəbul edib. Bu komandaların İsveçrədəki ilk görüşü məhsuldar heç-heçə ilə yekunlaşmışdı. İstanbuldakı matçda isə “Qara qartallar” darmadağına imza ataraq, Liqa mərhələsinə yüksəlib.

“Qarabağ”ın Çempionlar Liqasında yolunu kəsdiyi “Ludoqorets” pley-offa hər 2 matçda qalib gələrək, qrupa vəsiqəni rahat qazanıb.

Beləliklə,  AL-in Liqa mərhələsində iştirak edəcək 36 komandanın hamısı artıq bəllidi. Onlardan biri Azərbaycan çempionu "Qarabağ"dı. 

Avropa Liqası, pley-off mərhələsi

Cavab görüşləri

29 avqust

21:00. "Petrokub" (Moldova) - "Ludoqorets" (Bolqarıstan) - 1:2
İlk oyun - 0:4

21:00. APOEL (Kipr) - RFS (Latviya) - 2:1 (Penaltilər - 2:4)
İlk oyun - 1:2

21:00. "Elfsborq (İsveç) - "Molde" (Norveç) - 0:1 (Penaltilər - 4:2)
İlk oyun - 1:0

22:00. "Anderlext" (Belçika) - "Dinamo" (Minks, Belarus) - 1:0
İlk oyun - 1:0

22:00. "Ayaks" (Niderland) - "Yaqelloniya) (Polşa) - 3:0
İlk oyun - 4:1

22:00. "Beşiktaş" (Türkiyə) - "Luqano" (İsveçrə) - 5:1
İlk oyun - 3:3

22:30. FKSB (Rumıniya) - LASK (Avstriya) - 1:0 
İlk oyun - 1:1

22:45. "Harts" (Şotlandiya) - "Viktoriya" (Çexiya) - 0:1
İlk oyun - 0:1

23:00. "TSS Baçka-Topola" (Serbiya) - "Makkabi" (Tel-Əviv, İsrail) - 1:5
İlk oyun - 0:3

23:00. "Şemrok Rovers" (İrlandiya) - PAOK (Yunanıstan) - 0:2
İlk oyun - 0:4

23:00. "Borats Banya Luka" (Bosniya və Herseqovina) - "Ferensvaroş" (Macarıstan) - 0:0 (Penaltilər - 2:3)
İlk oyun - 0:0

23:00. "Rapid" (Vyana, Avstriya) - "Braqa" (Portuqaliya) - 2:2

İlk oyun - 1:2

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC