II Liqada əzmkar start: Cavid İmamverdiyev əvvəl avtoqol, sonra dubl etdi

Bu gün II Liqada 2024/25 mövsümünə start verilib.

Presssport.az xəbər verir ki, ilk oyun günündə debütanların əzmkar qələbələri diqqət çəkib.

Xüsusilə Bakıdan Qubaya köçən "Hypers Quba" yeni transferi, millimizin sabiq futbolçusu Cavid İmamverdiyevlə diqqət mərkəzində olub. Belə ki, bu oyunda 3 dəfə toru silkələyən 33 yaşlı yarımmüdafiəçi əvvəlcə avtoqol, sonra da dubl edib. 

31 avqust (şənbə)

"Göygöl" - "Şimal" - 2:3
Qollar: Zahid Sadıxov, 68, 89 - Pərviz Azadov, 52, Emin Əskərov, 63, 78

"Hypers Quba" - "Saatlı-Araz" - 3:2
Qollar: Cavid İmamverdiyev, 45+2, 72, Ravil Yusifli, 49 - Cavid İmamverdiyev, 25 (avtoqol), Elariz Xəlilli , 30

"Lerik" - “Füzuli” - 1:0
Qol: Murad Əliyev, 84

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC