Berdıyev "Dinamo"dan getdi, Abışovun taleyi necə olacaq? - AÇIQLAMA

“Berdıyev ”Dinamo"dan getsə də, plan dəyişmir. O, hara getsə, Ruslan da onunla gedəcək". Bu fikirləri Presssport.az-a açıqlamasında milli komandamzın sabiq futbolçusu Ruslan Abışovun qardaşı Sərxan İbrahimoğlu deyib.

Məlumdu ki, Ruslan bir neçə gün öncə Türkiyənin Antalta şəhərində təlim-məşq toplanışında olan Mahaçqala təmsilçisinin düşərgəsinə yollanıb. Bu da keçmiş baş məşqçisi Kurban Berdiyevin istəyilə yanında təcrübə keçməsiylə bağlıdı. Çox keçmədən isə bəlli oldu ki, 71 yaşlı türkmənistanlı mütəxəssis I Divizionun liderindən istefa verərək gedir. Maraqlıdı, Abışovun gələcək taleyi necə olacaq? İbrahimoğlunu dinləyək: “Berdıyevin yaxşı təklifləri var. Getsə, qardaşım da onunla yollanacaq. Bu sarıdan problem yoxdu. Ruslan bu dəqiqə də Antalyada Berdıyevin yanındadı. Baş məşqçi təlim-məşq toplanışının sonunadək ordadı. Toplanışı tamamlayıb gedəcək”.

Kurban Bekiyeviçin Asiyadan - Səudiyyə Ərəbistanı, Çindən və İrandan yaxşı təklifləri var. O, Mahaçqala klubuyla da belə razılaşıb ki, daha yaxşı təklif olacağı halda gedişinə imkan yaradılsın. Berdıyev dağıstanlılarla ona görə ayrılmğı qərara alıb ki, aparıcı futbolçularına Rusiya Premyer Liqasından yaxşı müqavilə şərtləriylə təkliflər gəlib. Mahaçqala klubu da bu cəlbedici təkliflərə biganə ala bilməyərək liderlərini satır. Bu da Premyer Liqaya çıxmağa ən real namizəd sayılan komandanın təcrübəli baş məşqçisinin planlarına uyğun gəlmir. Hər halda, belə vəziyyətdə heyət güclənməlidi, zəifləməli yox. Berdıyevin də həmin futbolçuların üzə çıxaraq “Zenit”, "Krasnodar" kimi Rusiyanın aparıcı klublarının diqqətini çəkməsində böyük zəhməti var. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC