Paris-2024: Saley Azərbaycan üçün daha bir medal qazanıb

Azərbaycan Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

Presssport.az xəbər verir ki, paraüzgüçümüz Raman Saley bürünc medala yiyələnib.

Belə ki, o, S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst üzmə üsulunda 53.65 nəticə ilə 3-cü pillədə qərarlaşaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bu yerdə bildirək ki, Saley daha əvvəl S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə üsulunda gümüş medal qazanıb.

Xatırladaq ki, Azərbaycanın bunadək 3 qızıl və 1 bürünc qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC