“Qızıl top”a namizədlər açıqlandı - Messi və Ronaldu 21 ildə ilk dəfə siyahlda yoxdu

“France Football” nəşri “Qızıl top”a 30 namizədin siyahısını dərc edib. 

Presssport.az xəbər verir ki, 2003-cü ildən bəri ilk dəfə Kriştiano Ronaldo (“Əl-Nəsr”, Portuqaliya millisi) və Lionel Messi (“İnter Mayami”, Argentina millisi) onların arasında deyil.
Müvafiq siyahı jurnalın saytında yerləşdirilib.
Mükafat 2023/2024 mövsümünün sonunda dünyanın ən yaxşı futbolçusuna təqdim olunacaq.
“Qızıl top”a iddialıların siyahısına aşağıda adıçəkilənlər daxildir:
Cud Bellinhem, Kilian Mbappe, Vinisius Junior, Toni Kroos (karyerasını bitirib), Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvaxal (hamısı “Real Madrid”), Ruben Diaş, Erlin Holann, Filip Foden, Rodri (hamısı “Mançester Siti”) , Emiliano Martines (“Aston Villa”), Niko Uilyams (“Atletik”), Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (hamısı “Bayer 04”), Artem Dovbik (“Jirona”/”Roma”), Mats Hummels (Dortmund “Borussiya”sı/”Roma”), Dani Olmo (“Leypsiq”/”Barselona”), Lamin Yamal (“Barselona”), Harri Keyn (“Bavariya”), Vitinya (PSJ), Koul Palmer (“Çelsi”), Bukayo Saka, Martin Edeqor, Vilyam Saliba, Deklan Rays (hamısı “Arsenal”), Hakan Çalhanoğlu, Lautaro Martines (hər ikisi “İnter”), Ademola Lokman (“Atalanta”).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC