Paris-2024: Paraüzgüçümüz finala yüksəlib

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

Presssport.az xəbər verir ki, SB13 kateqoriyasında yer alan idmançımız 100 metr məsafəyə brass üsulu ilə çıxış edib.

O, ilk "8-liy"ə düşdüyündən həlledici raunda vəsiqə qazanıb. İsrafilov 1 dəqiqə 5.82 saniyə ilə 16 iştirakçı arasında 3-cü olub.

Final bu gün Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək.

Xatırladaq ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC