Qəbələdə ciddi xəsarət alan Benzianın son durumu necədi?

“Qarabağ”ın fransalı legioneri Yassin Benzia sağalıb.

Klubdan Presssport.az-a verilən məlumata görə, Premyer Liqanın keçən turunda “Qəbələ”ylə səfər matçında baş nahiyəsindən ciddi xəsarət alan - gözünün üstünə tikiş qoyulan, gematopa yığılan, gözündə şişkinlik olan 29 yaşlı yarımmüdafiəçi bu üzdən bir neçə gün hazırlıq prosesindən kənarda qalmalı olub.

Yalnız dünən, oyunöncəsi ilk məşqə çıxan Benziayla bağlı həkimlərin rəyi belədi ki, hər şey normaldı. Sadəcə,  legionerin oynayıb-oynamağı ilə bağlı yekun qərarı baş məşqçi Qurban Qurbanov verəcək. Yassinin ən azı ehtiyatda olacağı gözlənilir.

Xatırladaq ki, "Qarabağ" bu gün startı veriləcək XXI turun açılış matçında saat 15:00-da "Səbail"in qonağı olacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC