Paris-2024: Paralimpiyaçımız yenə finalda, yenə medal şansı

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) növbəti sınağına çıxıb.

Presssport.az xəbər verir ki, qadın idmançımız bu dəfə bacarığını 400 metr məsafədə göstərib.

Belə ki, Lamiyə 56,51 saniyə nəticə ilə təsnifat mərhələsini 2-ci pillədə başa vurub. Final mərhələsi sentyabrın 7-də baş tutacaq.

Xatırladaq ki, paralimpiyaçılarımız Paris-2024-də 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Paralimpiya çempionlarımızdan bir məhz Vəliyevadı. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC