"Oyunu sırf uşaqlar uddu, mənim xəbərim yoxdu" - Abasov

"Oyunu sırf uşaqlar uddu, mənim xəbərim yoxdur. Özləri hazırlaşdılar, dedilər ki, oyunu özümüz çıxaracağıq. Bura sadəcə tamadalıq etməyə gəlmişəm. Azarkeşlərə təşəkkür edirəm ki, bu atmosferi bizə yaşatdılar. Hər iki komandanın azarkeşləri futbol oyununun ritmini saxladılar. Bu gün komanda ən yaxşısını edir. Azarkeşlərin stadiona gəlməsi bizə stimul verir. Onlar gəlsin ki, bizim də işimiz yüngülləşsin. Hansısa futbolçunu komandaya dəvət edəndə, tribunalara baxır. Oynamaq bizdən, tirbunaları doldurmaq azarkeşlərdən. Sumqayıt idman şəhəridir. "Məşqçi filan şey etdi, futbolçu niyə vurmadı" sözlərini gəlib stadionda desinlər". 

Presssport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 21-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablanıdırıb.

- Kasimir Ninqanın performansını necə dəyərləndirirsiz?

- Ümumi komanda bu gün yaxşı idi. Bir neçə oyun əvvəl güc bölgüsü ilə bağlı danışmışdım. Bu oyunda baş verənlər də, sözlərimə peçat oldu. İkinci hissə başlayandan sona qədər komandada çöküş getdi. Biz rəqibə görə oynadıq, əks-hücumlara keçdik. Amma onları yüksək səviyyədə edə bilməməyimizin səbəbi, gücümüzün o dərəcədə olmaması idi. Son kubok matçında çox enerji sərf etdi. Buna görə demişdim ki, bizə həm ora köklənək. Bilirdik ki, stadionun açılışı olacaq və "Neftçi" ilə oyuna köklənməliyik. Kubokda hər şeyin bizim üçün itdiyini demək olmaz. Doğrudur, bizim yolda "Sabah", "Neftçi", "Qarabağ" var. Bizi bura niyə salmısız? Bircə, "Qalatasaray" qalıb, onu da gətirin də. Çox çətin olacaq. Başa düşürük. Amma yenə də əlimizdən gələni edəcəyik.

- Matçın son dəqiqələri çox emosional alındı. Həmin anlarda nə baş vermişdi?

- Biz elə bildik ki, oyun bitdi. Dördüncü hakim deyir ki, siz hara gedirsiz, nə edirsiz? Amma saniyələr qalmışdı. Elçin Məsiyev də penaltidən sonra bir dəqiqə göstərmişdi, biz də baxırdıq dəqiqəyə. Hər şey ola bilərdi. Şükür Allaha, belə bitdi. Müdafiəçilərimiz rəqibin təzyiqinə baxmayaraq, ayaqüstə qala bildilər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC