"Araz-Naxçıvan"ın 5 futbolçusu məşqə qatılmadı, zədəlisi qayıtdı

“Sumqayıt”la oyundan sonra Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edərək 3 gün istirahət edən "Araz-Naxçıvan" məşqlərini bərpa edib.

Presssport.az xəbər verir ki, Buzovna qəsəbə stadionunda həyata keçirilən 90 dəqiqəlik məşqə bərpa prosesini davam etdirən zədəlilər Vadim Abdullayev, Ramin Nəsirli və Karlos Jatoba, eləcə də milli komandanın düşərgəsində olan Mustafa Əhmədzadə, Moldova yığmasına yollanan qapıçı Kristian Avram qatılmayıb. 

Əvəzində “Neftçi” ilə görüşdə zədələnən, bu səbəbdən “Zirə” və “Sumqayıt”la matçları buraxan Bəxtiyar Həsənalızadə komanda ilə çalışmalara qoşulub.

Xatırladaq ki, “Araz-Naxçıvan” milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilədən sonra noyabrın 22-də Tovuz şəhər stadionunda “Kəpəz”lə üz-üzə gələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC