"Artıq 5 gündür Qəbələdəyik, hər gün məşqlərimiz olur. Bu, bizim üçün çox vacib matçdı. Taktiki və mental cəhətdən oyuna köklənirik. Layiqli oyun göstərmək və nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Presssport.az xəbər verir ki, bu fikirləri yığmamızın hücumçusu Musa Qurbanlı UEFA Millətlər Liqası qrup mərhələsinin V turu çərçivəsində Qəbələdə Estoniya yığmasıyla sabahkı matçöncəsi mətbuat konfransında deyib.
Gənc hücumçu ardından jurnalistlərin suallarını cavablandırıb:
- D Liqasına yuvarlanmaq təhlükəsi var. Komandanın üzərində bunun təzyiqi hiss edilir?
- Əlbəttə ki, bunun fərqindəyik. Oyunun nə qədər vacib olduğunu dərk edirik. Yalnız qələbəyə köklənmişik.
- Bu mövsüm qol vurmamısan. Səbəbi nədir?
- Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Oynamağa yeni başlamışam. Optimal formamı bərpa etdikdən sonra qollar vurmağa başlayacam.
- Fernandu Santuş milliyə gələndən nəticələr dəyişmir, milli yenə uduzur. Dəyişən nəsə var?
- Hər məşqçinin öz fəlsəfəsi var. Fernandu Santuş böyük məşçidir. Bu, onunla ilk toplanışımdı. Biz də onun fəlsəfəsinə alışmalıyıq. Bunu meydanda yüz faiz edəndən sonra nəticələr daha yaxşı olacaq.
- "Yurqorden" karyeran uğurlu alınmadı. Bunun təsiri üzərində qalıb?
- Əlbəttə ki, bunu normal qarşılayıram. Mental olaraq asan deyildi. Bilirdim ki, məndən gözləntilər böyükdü. Çalışıram ki, bunu müsbət tərəfə aparım. Hər futbolçunun karyerasında çətinliklər olur. Bu, normaldı. Bunlardan dərs çıxarmalıyam. Hələ gəncəm, karyeramın başındayam. Düşünürəm ki, Avropada olmaq mənim üçün yaxşı təcrübə oldu. Çalışıram ki, gələcəkdə daha yaxşı olum.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC