Tovuzda futbolçunun ayağı qırıldı - ambulansla xəstənaya aparıldı

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bu gün keçirilən “Turan Tovuz” - “Sabah” oyunu zamanı üzücü olay yaşanıb.

Presssport.az xəbər verir ki, Tovuzdakı matçın 20-ci dəqiqəsində meydan sahiblərinin moldovalı müdafiəçisi Denis Marandiçi ağır zədə alıb. 

Bu, qonaqların hücumu zamanı baş verib. Bakı təmsilçisinin slovakiyalı kapitanı Pavol Safrankonun rəqibin cərimə meydançasında qüvvətli zərbəsi topa deyil, təhlükəli vəziyyəti uzaqlaşdırmaq istəyən Marandiçinin arxadan topuq nahiyəsinə dəyib.

Bu zaman moldovalı futbolçu yerə uzanıb və onun şiddətli ağrının təsirindən bağırtısı teleekran başından belə eşidilib. Dərhal meydana təcili tibbi yardım maşını daxil olub və Denis xəstəxanaya aparılıb.

İstəməyərəkdən rəqibin ayağına zərbə endirərək onu qıran Safranko isə həmin anda çox məyus olub. O, bunu hətta dizlərini yerə qoymaqla da ifadə edib. Bu zaman ona komanda yoldaşları dəstək verib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC