"Kəpəz" Azərbaycan çempionatları tarixində son 16 mövsümün antirekorduna imza atıb.
Presssport.az xəbər verir ki, bu, Gəncə təmsilçisinin "Zirə"yə Misli Premyer Liqasının XVI turunda 0:4 hesabı ilə uduzması ilə reallaşıb.
Komanda cari mövsüm çempionatda 39 qol buraxıb. Bu göstərici son 16 mövsümün antirekordudu. 2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.
Daha çox qola üzülən sonuncu komandaya 2008/09 mövsümündə təsadüf olunub. Həmin vaxt “Bakılı” 16 görüşdə 41 dəfə topu qapısında görüb.
Onu da bildirək ki, tarixin antirekordu isə 1996/97 mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan “Şəmkir”ə məxsusdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC