Kvaratsxeliya "Napoli"də qalmağa qərar verdi - illik qazancı 6 milyon avroya yüksələcək

Gürcüstün millisinin lideri Xviça Kvaratsxeliya "Napoli"də qalacaq.

Presssport.az xəbər verir ki, 23 yaşlı sol cinah yarımmüdafiəçisinə bir çox klubdan təklif gəlsə də, Neapol təmsilçisi razı sala bilib. 

Belə ki, Kvaratsxeliya 2029-cu ilədək “Napoli”də qalacaq. Onun hazırkı müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdi.

Yeni müqaviləyə əsasən, klub rəhbərliyi Xviçanın maaşını bonuslar nəzərə alınmaqla illik 4,6 milyon avrodan 6 milyona yüksəldəcək.

Kvaratsxeliya “Dinamo” (Tiflis), "Rustavi", "Lokomotiv"(Moskva), "Rubin", "Dinamo"da (Batumi) oynadıqdan sonra 2022-ci ilin yayında "Napoli"yə keçmişdi
Xatırladaq ki, Xviça millimizin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC